Bazar ertəsi, 8 Dekabr, 2025

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLƏCƏK


  • Dərc edildi: 20 Sentyabr, 2025 - 19:22
11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLƏCƏK

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ –
REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN.
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

"Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi ödənişsiz təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

*Sərgiyə giriş ödənişsizdir.*

Sərgidə kitabları ilə iştirak etmək istəyən şirkətlər, yazarlar iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qaynar xətt: (+99412) 147

📧 [email protected]
🌐 www.bakubookfair.az

 

📢Digər belə ödənişsiz olan bütün növ tədbirlərdən, turizmə aid məlumatlardan, maraqlı turlardan xəbərdar olmaq, endirimlər, hədiyyələr qazanmaq üçün bu linklərə daxil ola və həmçinin bizi izləyə bilərsiniz👇🏻
🟢WhatsApp kanalımız:
https://whatsapp.com/channel/0029Vb8hiBS4NVieKR6Ymg3e
🟩WhatsApp qrupumuz: 
https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC
🔴 Instagram:  https://www.instagram.com/teb.az_
⚫TikTok: https://www.tiktok.com/@teb.az
🟥YouTube: https://www.youtube.com/@teb.az1
🟦Telegram: https://t.me/TEBaz1

 

Ən Son Məqalələr

Hər həftə 2 günlük Qarabağ Turu: XANKƏNDİ-ŞUŞA-LAÇIN-AĞDAM-ƏSGƏRAN-XOCALI-ZƏNGİLAN-CƏBRAYIL
03 Dekabr, 2025 - 13:12 72
Hər həftə 2 günlük Q...
2 Günlük və 3 Günlük QUBA – QUSAR – ŞAHDAĞ YENİ İL TURU (UNEC otel Quba ilə)
02 Dekabr, 2025 - 01:42 128
2 Günlük və 3 Günlük...
Hər həftə 2 günlük Şamaxı - İsmayıllı - Şəki - Qəbələ Turu (İsmayıllı Castle Resort Spa otellə)
01 Dekabr, 2025 - 22:51 100
Hər həftə 2 günlük Ş...
Ölkədaxili 5 ulduzlu otellərin Yeni il qiymətləri - SİYAHI
26 Noyabr, 2025 - 00:59 195
Ölkədaxili 5 ulduzlu...
McDonald's restoranlarında Pulsuz Uşaq Şənliklərinə qoşulun! - TƏDBİRLƏRİN CƏDVƏLİ
08 Noyabr, 2025 - 22:16 1861
McDonald's restoranl...
Zəfər Bayramına Özəl 2 Günlük Qəbələ–İsmayıllı–Göyçay Turu (Qafqaz 7 Gözəl Otel Qəbələ ilə)
30 Oktyabr, 2025 - 16:03 385
Zəfər Bayramına Özəl...
Uçmaq istəyənlərin nəzərinə: Paraplan / Yamac Paraşütü Turları!
30 Oktyabr, 2025 - 07:24 468
Uçmaq istəyənlərin n...
3 gün Bakıda 63-dən çox müxtəlif Tədbirlərdə Pulsuz İştirak Et: Sərgilər, performanslar, konsertlər və görüşlər!
30 Oktyabr, 2025 - 06:16 1475
3 gün Bakıda 63-dən ...