Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Reels.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə Yeni Günəşlidə, “Şəms” rezidensdə baş verib. Məlumata görə, Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada çalışırmış.
Ə.Əhmədovun ata və anasını, o cümlədən qardaşını öldürdüyü ortaya çıxıb. Onun anası, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı 59 saylı tam orta məktəbin direktoru olub. Yaxınlarının verdiyi məlumata görə, Əhməd Əhmədovun ciddi psixoloji problemləri olub. İddialara görə, ailə üzvləri onun xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar.
Hazırda ibtidai istintaq davam edir.