UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" səfərdə "Braqa"nın qonağı olub. "Reels.az" xəbər verir ki, Avrokuboklarda yeganə təmsilçimiz Portuqaliyada inamlı oyunla yadda qalıb. İlk hissəsi bərabərliklə (1-1) yekunlaşan oyunun ikinci yarısında tərəflər 4 dəfə fərqlənib. Görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası, pley-off mərhələsi (ilk oyun)
16 fevral
Braqa 2-4 Qarabağ
Banza 44, Moutinyo pen. 90+1 - Yankoviç pen.21, Zubir 54, 69, Juninyo 65
"Köhlən atlar" bununla tarixi nəticəyə imza atıb. Belə ki, indiyə qədər heç bir Azərbaycan klubu Portuqaliya təmsilçisinə qalib gələ bilməmişdi.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.