"Qarabağ"la səfər oyununda daha çox iş görməliyik"

16/02/2024 18:11
318

"Etiraf etməliyik ki, bizim günümüz deyildi. Sabah cavab verməliyik və vəziyyəti dəyişməliyik". "Reels.az" xəbər verir ki, bunu "Braqa"nın hücumçusu Abel Ruis deyib.

İspaniya millisinin futbolçusu Avropa Liqasının pley-offunda "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları matçı dəyərləndirib. 24 yaşlı hücumçu bildirib ki, istədikləri oyunu sərgiləyə bilməyiblər:

"Qarabağ" üstümüzdən keçdi. Biz bundan sonra təşəbbüsü ələ almalı, səfər oyununda burada etdiyimizdən daha çox iş görməliyik. Hələ 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra Bakıdakı matç haqqında düşünmək üçün 3 gün vaxtımız olacaq. İlk matçla müqayisədə çox fərqli şeylər etməli olacağıq, lakin mərhələni keçmək üçün əlimizdən gələni ortaya qoyacağıq".

Qeyd edək ki, Bakıda keçiriləcək cavab qarşılaşması fevralın 22-də baş tutacaq.

10/03/2024 19:07
177

Dani Alveş intihar edib? - Rəsmi açıqlandı

22/02/2024 06:28
311

Türkiyə Superkubokunun tarixi və yeri müəyyənləşib

21/02/2024 22:19
324

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA

21/02/2024 05:57
254

Almaniyaya dünya çempionluğu gətirən futbolçu dünyasını dəyişib

20/02/2024 05:28
198

Avropa çemponatında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar

19/02/2024 05:13
302

Azərbaycan cüdo yığması 1-ci oldu