Mərmərə dənizində Türkiyəyə məxsus karqo gəmisi batıb. "Reels.az" xəbər verir ki, “Batuhan A” adlı yük gəmisindəki heyət üzvlərindən biri Hüseyn Tutuk hadisə baş verməzdən bir neçə dəqiqə əvvəl video lentə alıb.
"Bu artıq mənim 5-ci ya da 6-cı geyimidir. Allah bizə kömək olsun. Gəmi batır. 6 saatdır eyni yerdəyik" -deyə o qeyd edib.
Hüseyn Tutukun çəkdiyi videoda gəminin anbaan batdığı kadrlar da əks olunub. O, gəmi batmazdan cəmi 4 gün əvvəl orda işə başlayıbmış. Tutuk çəkdiyi videonu Manisada yaşayan ailəsinə göndərib.
Xatırladaq ki, hazırda 6 nəfərlik heyəti üçün 275 nəfərlik axtarış-xilasetmə işləri davam edir. Gəminin batdığı an dalğanın hündürlüyünün 3 metrə çatdığı qeyd olunub. Artıq gəminin batdığı hissə aşkarlanıb.