Geniş kütlələrə "Üzüklərin sahibi" (Lord of the Rings) triologiyasında canlandırdığı Qandalf obrazıyla tanınan Ser Yan MakKellen həmkarı 30 yaşlı Oskar Konlon-Mori ilə 1 illik münasibətinə son qoyub. "Reels.az" Britaniyanın "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 84 yaşlı aktyorun yaxınlarından biri bu barədə danışıb:
"Oskar ailəsi və dostlarına MakKellenlə bağlı ciddi planlarından danışırdı. O, hətta nişanlanmaq istədiklərini də bildirmişdi. MakKellen 20 ildir heç kimlə münasibətdə deyildi, evlilik adamı deyil. O, ev adamı yox, yol yoldaşı axtarır".
Yan MakKellen homoseksual olduğunu 1988-ci ildə elan edib. Həmin vaxta qədər aktyor 2 nəfərlə münasibət yaşayıb.