X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib.
"Reels.az" xəbər verir ki, bu barədə "Mizan" saytı məlumat yayıb. Məlumatda bildirilib ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb.
Bununla yanaşı, "Mizan" X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl X İran hökumətinə bağlı bir neçə xəbər agentliyi, televizya kanalının təsdiq nişanını silib.