ABŞ iranlı haker üçün 10 milyon dollar mükafat ayırdı

20/02/2024 03:55
100

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan iranlı haker Əlirza Şəfii Nəsəb haqqında məlumat qarşılığında 10 milyon dollar dəyərində mükafat təyin edib.
"Reels.az" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin yanında fəaliyyət göstərən “Ədalət üçün Mükafat” proqramının internet səhifəsində həmin şəxsin 2016-2021-ci illər ərzində SEPAH-a bağlı olan və ABŞ-nin bəzi dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən “Məhək Rayan Əfzar” Cəmiyyətində çalışdığı bildirilib.

Qeyd olunub ki, 12 ABŞ qurumuna SEPAH tərəfindən planlaşdırılan kiberhücumlarda əli olduğuna görə iranlı hakerə cinayət işi də açılıb.

02/01/2025 22:04
12

İşəgötürənlər Təcrübə Proqramlarında Nəyə Diqqət Edir?

15/12/2024 22:35
20

Masinhub.az – Avtomobil mövzularında fikir mübadiləsi üçün ideal məkan

10/12/2024 00:11
19

Azərbaycanda Yeni Nəsil İT Peşələri

14/03/2024 16:56
187

Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün nə etməliyik? - Alimlərdən məsləhət

22/02/2024 05:57
153

Ronaldinyo Acunun dəvətini qəbul etdi

22/02/2024 04:41
106

"Apple"dən sağlamlıq üzrə yeni məhsul