Son illərdə Səudiyyə Ərəbistanda vəliəhd Məhəmməd bin Salmanın islahatları sayəsində ciddi yumşalmalar müşahidə olunur. Krallıqda kazino, gecə klubu açıldıqdan, qadınlara avtomobil idarə etmək icazə verildikdən sonra daha bir diqqət çəkən hadisə yaşanıb.
"Reels.az" xəbər verir ki, ilk dəfə olaraq səudiyyəli gənc qız "Miss Asia 2024" gözəllik müsabiqəsinə qatılıb. Rumi Əl-Qəhtani adlı xanımın podiumda görünməsi böyük marağa səbəb olub.