ABŞ-da dünyanın ən hündür və ən alçaqboylu adamı görüşüb. "Reels.az" xəbər verir ki, söhbət 2.51 metr boyu olan türkiyəli Sultan Kösen və 62.8 sm-lik hindistanlı Cyoti Amqedən gedir. Onlar 6 ildən sonra İrvin şəhərində bir araya gəliblər. Amerikalı prodüsserin dəvəti ilə görüşən cütlük birlikdə yeməkdə olublar.
Sultan və Cyoti 2018-ci ildə Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşərək Gizada piramidaları ziyarət etmişdilər.