Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub göndərib.
Reel.az xəbər verir ki, məktubda, Ermənistan tərəfindən Azərbaycanın 30 illik işğalının bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinin ən ağır fəsadlarından biri olduğu qeyd olunub. Əvvəlcədən aparılan araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyi məlum olmasına baxmayaraq, bu rəqəmlərin artması və erməni vandalizminin İslam irsinə qarşı yeni nümunələrinin ortaya çıxması ilə bağlı məlumatlar da paylaşılmışdır.