“Gələcəyin mühəndisi” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub

23/12/2024 21:14
20

“Gələcəyin mühəndisi” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

 


23 dekabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gələcəyin mühəndisi” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilib.

 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyin mühəndisi” V Respublika müsabiqəsinin məqsədi ekoloji, enerji effektli və resursların qənaətinə yönəlik kosmik mühəndislik sahəsinə və tədqiqatlara gənc nəslin marağını artırmaq, məktəblilərin astronomik biliklərinin əhatəsini genişləndirmək, bu sahədə bacarıqlı kadrları aşkarlamaq olub. 

"Gələcəyin mühəndisi” V Respublika müsabiqəsi üzrə ümumilikdə 350 müraciət daxil olub, canlı və onlayn formatda keçirilmiş seçim turunda ölkənin 20-ə yaxın bölgəsinin ümumtəhsil məktəb və Uşaq-Gənclər İnkişaf Mərkəzlərindən 150 şagird iştirak edib. 

Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi Bakı Dövlət Universitetinin, Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Milli Aviasiya Akademiyasının, Tusi-Bohm Planetariumun, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərkosmos ASC-nin mütəxəssisləri tərəfindən aparılıb.

16/01/2025 15:44
6

V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

03/01/2025 00:20
12

“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin dərslərə start verilmişdir

02/01/2025 23:41
19

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsində məşğələlər davam edir

30/12/2024 02:09
13

“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib

28/12/2024 20:06
16

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanmışdır

16/12/2024 21:37
16

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsinin açılış mərasimi keçirilib