Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı

26/09/2025 13:46
63

Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı. Ölkənin turizm sahəsinin aparıcı mütəxəssisləri ilk dəfə bir araya gəlir.

Azərbaycanda turizm sahəsində tanınmış ekspertlərin təşəbbüsü ilə ölkənin turizm ekosistemini gücləndirmək məqsədilə Azərbaycan Turizm Ekspertləri Klubu (ATEC) təsis olunub. Klub, Hotellər və Restoranlar Assosiasiyasının nəzdində (DAİR) fəaliyyət göstərəcək.

Yeni qurumun əsas hədəfi ölkədə turizmin bütün istiqamətlərini – hotellər, turizm agentlikləri, bələdçilər, restoranlar, nəqliyyat xidmətləri və turizm təhsili sahəsində çalışan mütəxəssisləri vahid platforma altında birləşdirməkdir. Məqsəd üzvlər arasında peşəkar təcrübə mübadiləsini təmin etmək, turizmin inkişafı üçün birgə təşəbbüsləri gücləndirmək və sektorda koordinasiyanı artırmaqdır.

Klubun təşəbbüskarı İbrahim Qəfərovdur. Üzvlük üçün əsas tələblər sırasında turizm sahəsində minimum 10 illik təcrübə və peşəkar nailiyyətlər yer alır.

 

Klubun ilkin üzvləri

Azərbaycan Turizm Ekspertləri Klubunun ilk üzvləri ölkənin aparıcı turizm mütəxəssisləri, otel və turizm şirkətlərinin rəhbərlərindən ibarətdir:

İbrahim Qəfərov – Avola Travel-in Direktoru; Continental Hotel-in Baş Meneceri

Samir Babazadə – Azərbaycan Ekoturizm Assosiasiyasının Təsisçisi; Azərbaycan Restoranlar və Otellər Assosiasiyasının Təsisçisi

Mahir Qəhrəmanov – Qoruqların İdarə Olunması və İstifadəsinə Nəzarət Sektorunun Müdiri 

Ruslan Quliyev – Millennium Turizm-in Təsisçisi

Mehmet Uysal – Palidli Hotel-in Baş Meneceri; Azərbaycan Cənub Turizm MMC-nin Təsisçisi

Ceyhun Aşurov – Smart Group Hotels-in Baş Meneceri; SKÅL International üzvü

Əziz Şiriyev – Baku Travel & Tourism-in Direktoru; Azərbaycanda turizmin inkişafı üzrə ekspert

Bahar Dadaşova – Baku Crystal Hall-un Direktoru; UNEC Biznes Məktəbində MBA təlimçisi

Elçin Əsgərov – Ivy Garden Hotel-in Satış və Marketinq Direktoru; Frisaga onlayn rezervasiya sisteminin təsisçisi

Balash Maqsudbeyli – Fəxri Turizm İşçisi

Nəcəf Bədəlov – Basqal Resort and SPA-nın Baş Meneceri

Rahib İsmixanov – Naxçıvan Palace Hotel-in Direktoru; Sunny Hospitality System-in təsisçisi

Natiq İslamov – Shirvan Grand Hotel-in Baş Meneceri

Rafiz Əliyev – Rafal Travel and Tours-un Direktoru

Sadiq Quluzadə – AzLat Travel-in Direktoru; SKÅL International üzvü

Ayxan Cabbarov – Ağdam City Hotel-in Əməliyyat Meneceri

Aqşin Əlizadə – Metropolitan Resort-un Baş Meneceri

Natavan Hüseynova – Era Travel şirkətində MICE satış icraçısı

Zaur İsazadə – Deluxe Qusar Park Hotel-in Baş Meneceri

Mirraqif Mustafayev – Ramada By Wyndham Otelinin Direktoru

Yasin Şükürov – Cənnət Bağı Hotels Group-un Baş Direktoru

Toğrul Bayramlı – Bayram Travel şirkətinin təsisçisi; TEB.az, Ted1.az, EduOnline.az saytlarının rəhbəri

Aqşin Hüseyni – Baku Life Travel-in Təsisçisi; Voice of Karabakh həmtəsisçi

Elmar Bağırov – Premium Hotel Gəncə-nin Baş Meneceri

Fuad Rəsulov – Silkrow Travel-də İnkominq Meneceri

Aytən Əliyeva – TurNAz Turizm Informasiya Mərkəzinin təsisçisi.

Eldar Dargahov – Weekend Travel-in Təsisçisi

Nigar İsazadə – Premium Travel-də İnkominq Meneceri

Tural Əhmədov – Meydan Hotel Dubai-də Qida və İçecek Meneceri

Firuzə Fərəcova – Exotic Tour-un Təsisçisi

Natiq Paşayev- Jolly Travelin rəhbəri

Klubun ilk görüşü oktyabr ayında keçiriləcəkdir. Əlavə məlumat və üzvlük üçün:

Vebsayt: www.atec.az

Email: [email protected]

27/08/2025 15:28
119

“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub

10/02/2025 16:26
298

İçərişəhərdə yerləşən "Sheker Bura" şirniyyat mərkəzinə və Babək prospektində yerləşən "City Park Mall" ticarət mərkəzinə infotur təşkil edilib

31/01/2025 22:39
336

Sumqayıt şəhərində yerləşən və milli mətbəximizin zənginliklərini yaşadan “Turan” Qastroturizm Akademiyasına infotur təşkil edilib

06/12/2024 01:58
413

Gənclər üçün Könüllülük İmkanları: Təcrübə Qazanmağın Ən Asan Yolu

25/11/2024 15:08
347

Azərbaycanda gender-əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya start verilir

23/11/2024 23:46
344

CV-niz Cavabsız Qalır? İş Axtarışında Uğur Qazanmağın Sirri