VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub

05/06/2026 18:13
5

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında keçirilən VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.

 

İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 2200-ə yaxın şagird qeydiyyatdan keçib. İlk turda ümumi balın ən azı 65%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.

Mayın 16-da Bakı Dövlət Universitetində və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən olimpiadanın final mərhələsində respublika turunu uğurla keçən 224 şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan ən yaxşı nəticə göstərən 5 nəfər birinci yerə, 9 nəfər ikinci yerə, 15 nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblərin siyahısı ilə “Nəticələr” bölməsindən tanış ola bilərsiniz.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

VI Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

 

23/04/2026 07:18
77

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib

07/04/2026 00:20
89

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir

07/04/2026 00:13
89

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir

02/02/2026 23:53
214

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

16/01/2026 14:22
263

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

16/12/2025 12:11
358

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək