Bakıda iki erməni qardaş ələ keçdi - VİDEO

02/02/2024 02:55
1393

Bakıda iki erməni qardaş ələ keçdi - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar.

News24.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar - 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb:

"Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”.

Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.

15/03/2024 02:16
436

Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs həbs olunub

13/03/2024 02:07
402

DTX: Məktəblərlə bağlı dezinformasiya yayan şagird istintaqa cəlb olunub

20/02/2024 03:15
313

Qadını övladlarının gözləri önündə qətlə yetirən şəxsə ağır cəza

15/02/2024 22:34
489

Əhmədin polisdən buraxılmasına səbəb kim olub? - FAKTLAR açıqlandı

15/02/2024 02:20
360

Azərbaycanda FETÖ-nun mühasibi məhkəmə qarşısına çıxıb

14/02/2024 04:36
506

Bakıda dəhşətli ailə cinayəti: azyaşlılarla birlikdə 5 nəfər qətlə yetirildi