Rusiya mənşəli balerina Kseniya Karelina vətənə xəyanət ittihamıyla həbs olunub. "Reels.az" xəbər verir ki, 32 yaşlı qadını bu maddə ilə 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Karelina ABŞ-dakı bank hesabından Ukrayna üçün yardım toplayan "Razom"a 51.80 dollar ianə köçürüb. Bu qurum Ukrayna ordusu üçün tibbi preparatlar, silah və təminat alınmasına dəstək olur.
Kseniya, həmçinin ABŞ-da anti-Rusiya tədbirlərində yer alaraq rəsmi Kiyevin mövqeyini dəstəkləməkdə ittiham edilir. Gənc qadının Yekaterinburq şəhərində məhkəmə qarşısına çıxmasının görüntüləri yayılıb.
Qeyd edək ki, Karelina 2021-ci ildə ABŞ vətəndaşlığı alıb və 2023-cü ildə orada ailə qurub.
Rusiyada 2023-cü ilin əvvəlindən 63 nəfər vətənə xəyanət şübhəsi ilə saxlanılıb, onların 37-si təqsirli bilinib.