İkinci dəfə Pakistanın prezidenti seçildi
Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdari Pakistanın Prezidenti seçilib.
Bu barədə Pakistanın Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, bu gün keçirilən seçkilərdə 68 yaşlı Zərdari 411 səs toplayıb. Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistanın dövlət başçısı olub. Zərdari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşı olub.