“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib

16/11/2024 11:04
35

“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib

 

Ağcabədi rayonunda “Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib. Mərasim Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə baş tutub.

Açılış mərasimində layihə rəhbəri, Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşı, məktəb direktorları, işçi qrupu və müəllimlər iştirak edib.Layihə rəhbəri qonaqlara layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. Qeyd edib ki, PhET interaktiv simulyasiya platforması fizika dərslərinin daha interaktiv və anlaşılan olmasını təmin edəcək və müəllimlər üçün xüsusi təlimatlarla simulyasiyaların tədris prosesinə inteqrasiyası sadələşdiriləcəkdir.

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər. Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

16/01/2025 15:44
7

V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

03/01/2025 00:20
13

“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin dərslərə start verilmişdir

02/01/2025 23:41
19

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsində məşğələlər davam edir

30/12/2024 02:09
13

“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib

28/12/2024 20:06
16

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanmışdır

23/12/2024 21:14
20

“Gələcəyin mühəndisi” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub