“İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihənin açılış mərasimi keçirildi

22/11/2024 21:12
783

“İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihənin açılış mərasimi keçirildi.

 

Layihənin məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərin Azərbaycan dilinə tərcümə etmək, platforma vasitəsilə məktəbimizdə dərnəklər təşkil etməklə Azərbaycanda interaktiv tədrisin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaratmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün layihənin əsas vəzifələri aşağıdakılardır:

İlk mərhələdə PhET interaktiv simulyasiya platformasında dünyanın müxtəlif ölkələrindən təcrübəli müəllimlərin və PhET ekspertlərinin hazırladığı kimya, biologiya, coğrafiya, fizika və riyaziyyat üzrə dərs materialları, tapşırıqlar və praktik məşğələlər , ümumilikdə 5 fənn üzrə 200 səhifəlik dərs materialları Azərbaycan dilinə tərcümə ediləcəkdir.

Tərcümə işləri bitdikdən sonra PhET interaktiv simulyasiya platformasının Azərbaycan dilində olan versiyasının məktəbdaxili təqdimatı təşkil olunacaqdır. Həmçinin, platformadan istifadə qaydaları və 5 fənn üzrə dərs proqramının hazırlanması və dərslərin təşkil edilməsi ilə bağlı 5 ədəd izahedici video və təqdimat hazırlanacaqdır.

Növbəti mərhələdə PhET interaktiv simulyasiya platformasından istifadə etməklə məktəbimizdə 5 fənn üzrə dərnəklər təşkil olunacaqdır. Bu dərnəklərdə 7-9-cu sinif şagirdləri olmaqla hər fənn üzrə 15 şagird cəlb olunacaq ki, cəmdə 75 şagird seçilmiş olacaqdır. Hər fənn üzrə paralel olaraq həftədə 1 dəfə olmaqla 2 ay müddətində 8 dərs dərnək dərsi təşkil olunacaq. Bu dərslər zamanı öncədən hazırlanmış dərs proqramı və vizual vəsaitlərdən və PhET platformasında tərcümə edilmiş simulyasiya və tapşırıqlardan istifadə ediləcəkdir. “PhET dərnəkləri” müddətində ümumilikdə şagirdlərə 40 dərs keçiriləcək.

23/04/2026 07:18
3

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib

07/04/2026 00:20
25

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir

07/04/2026 00:13
25

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir

02/02/2026 23:53
148

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

16/01/2026 14:22
191

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

16/12/2025 12:11
293

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək