“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər iştirak edib.
Layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 15 nəfər şagird seçiləcəkdir. 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Ewa” proqramından istifadə etməklə məşğələlər təşkili olunacaq və “Ewa” proqramından rahat istifadə etmək üçün qulaqcıqlar alınacaqdır.
Lahiyənin əsas məqsədi “Ewa” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarətdir.
Layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən icra olunur.