Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib

08/09/2025 15:40
422

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib. 

 

Bu mühüm elmi-maarifləndirici tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi (HAC), Bakı Dövlət Universiteti (BDU), “Park Bulvar” AVM, Tusi-Bohm Planetariumu və Şamaxı Astrofizika Rəsədxanasının birgə tərəfdaşlığı ilə keçirilib.

Tədbir zamanı xüsusi quraşdırılmış teleskoplar vasitəsilə Ay tutulmasının müxtəlif mərhələləri ictimaiyyətə nümayiş etdirilib, iştirakçılar real vaxt rejimində bu nadir astronomik hadisəni izləmək imkanı qazanıb. Müşahidələrə paralel olaraq, BDU-nun Astrofizika kafedrasının, Şamaxı Astrofizika Rəsədxanasının alimləri və HAC-ın üzvləri Ay tutulmasının səbəbləri, gedişatı və astronomik əhəmiyyəti barədə ətraflı elmi izahlar verib, medianın və iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdi zamanı ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi çərçivəsində şəhid və qazi övladları əvvəlcə Tusi-Bohm Planetariumunda kosmos və astronomiya haqqında elmi-marifləndirici film izləmiş sonra ictimaiyyətlə birgə Ay tutulmasına baxmışlar. 

Müşahidə gecəsi həm elmi ictimaiyyət, həm də gənc nəsil arasında kosmik elmlərə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir, eyni zamanda, Azərbaycanda astronomiyanın populyarlaşdırılması, cəmiyyətin fundamental elmlərə marağının genişləndirilməsi və gənclərin gələcəkdə bu sahədə təhsil almağa təşviq edilməsi məqsədlərinə xidmət edib.

23/04/2026 07:18
3

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib

07/04/2026 00:20
25

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir

07/04/2026 00:13
25

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir

02/02/2026 23:53
148

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

16/01/2026 14:22
192

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

16/12/2025 12:11
293

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək