“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

15/10/2025 17:07
418

 

“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

 

14 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən “ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib. Tədbir Park Bulvar Ticarət Mərkəzində yerləşən Tusi-Bohm Planetariumunda baş tutub.

Layihə rəhbəri Nağıyev Faiq açılış nitqində layihənin məqsədlərindən və qrant çərçivəsində görülən işlərdən danışıb. O vurğulayıb ki, layihənin əsas məqsədi astronomiya sahəsində təhsilin və marağın artırılması, həmçinin məktəblilər və tələbələr üçün azərbaycandilli tədris resurslarının genişləndirilməsidir.

Kitab haqqında Tusi-Bohm Planetariumunun direktoru və Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçısı Famil Mustafa təqdim edib. O qeyd edib ki, belə bir kitabın Azərbaycan dilində nəşri, artan maraq fonunda, olimpiada iştirakçıları üçün vacib və zəruri bir addımdır.

Kitabın tərcüməsində iştirak edən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları — Nazim Hüseynov və Kamal Hüseynov öz çıxışlarında tərcümə prosesi və elmi redaktə zamanı qarşılaşdıqları maraqlı məqamlar barədə danışıblar.

Tədbirin sonunda iştirakçılar planetarium zalında nümayiş olunan elmi-populyar filmi izləyib və xatirə şəkli çəkdiriblər.

23/04/2026 07:18
3

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib

07/04/2026 00:20
25

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir

07/04/2026 00:13
25

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir

02/02/2026 23:53
148

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

16/01/2026 14:22
191

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

16/12/2025 12:11
293

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək