Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi

22/10/2025 15:38
475

Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi

21 oktyabr 2025-ci il tarixində Park Bulvar Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabının və “Fəza və Zamanın Elçiləri (Messengers of Time and Space)” sənədli filminin təqdimatı keçirildi. Tədbir Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə yeni nəşr olunmuş – “Astronomiyada Əsas Anlayışlar” kitabı ilə tanış oldular.

Layihənin rəhbəri Faiq Nağıyev təqdimat nitqində kitabın məqsədi və layihənin ümumi nəticələri barədə danışdı. ETN N.Tusi adıma Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi , AMEA-nın müxbir üzvü Əyyub Quliyev astronomiyanın təbliği layihələrinin vacibliyin qeyd edərək bu kitabım geniş ictimaiyyət üçün çox yaxşı vəsait olduğun qeyd etdi. Daha sonra Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa layhə çərçivəsində tərcümə olunan və səsləndirilən sənədli film haqqında məlumat verərək onun maarifləndirici əhəmiyyətini vurğuladı.

Tədbirin sonunda iştirakçılar filmi izlədilər və birgə xatirə şəkilləri çəkdirdilər.

23/04/2026 07:18
3

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib

07/04/2026 00:20
25

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir

07/04/2026 00:13
25

“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir

02/02/2026 23:53
148

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

16/01/2026 14:22
191

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

16/12/2025 12:11
293

102-SH Sağlam Həyat Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi ilə Birgə Fəaliyyət haqqında toplantı keçiriləcək