19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.