DSX rəisi Ermənistanın təxribatı nəticəsində yaralnmış hərbçini ziyarət edib

15/02/2024 03:37
184

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Pərviz Ağakişi oğlu Xəlilzadəni ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb. "Reels.az" xəbər verir ki, əsgər P.Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

28/01/2024 19:17
286

4 ay komda olan hərbiçimiz şəhid oldu - FOTO

23/01/2024 01:08
392

"Niqodnu "lar araşdırılır

13/01/2024 00:55
375

Ermənistan təzminat əvəzinə Zəngəzuru Azərbaycana verəcək?

12/01/2024 02:22
579

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? – MÜHÜM AÇIQLAMA

05/01/2024 18:29
575

SON DƏQİQƏ! Daha iki ölkə arasında müharibə başladı: Əhali ərazidən çıxarılır

30/12/2023 04:50
522

TƏCİLİ! Rusiya Polşaya HÜCUM ETDİ