Polşanın hava məkanını pozan qırıcının Rusiya silahlı qüvvələrinə məxsus olduğu məlum olub.
Bizimlider.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Polşa Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, dekabrın 29-da səhər saatlarında respublikanın hava məkanına daxil olan naməlum uçan obyekt Rusiya ordusuna məxsus Tu-22 uzaqmənzilli qırıcısı olub.
Qeyd edilib ki, Ukrayna ərazisini hədəf alan qırıcı təsadüfən Polşanın hava məkanına daxil olub.