"S" Tv-də yayımlanan "Xeyirli axşamlar" verilişində maraqlı olay baş verib.Metbuat.az xəbər verir ki, müğənni Gülzar Bədirxanova efirdə toy qiymətini açıqlamaq istəməyib. Lakin aparıcının təkidindən sonra toy qiymətini onun qulağına deyəcəyinə razılıq verib. Mikrofunun açıq olduğunu unudan ifaçı dəstə ilə 4000, tək 2000 manata toylara getdiyini bildirib.