1970-80-ci illərin məşhur rok qrupu "Queen"in həyatda qalmış üzvləri bütün musiqi kataloqlarını satmaq qərarına gəlib. "Reels.az" xəbər verir ki, müəlliflik hüquqlarının satışından 1.2 milyard dollar əldə etmək planlaşdırılır.
"Disney Music Group" qrupun musiqilərinin Şimali Amerikada yayım hüququna malikdir. Amma hazırda bütün hüquqları İngiltərədə təsis olunmuş "Queen Productions Ltd" əlində cəmləşdirir.
Qeyd edək ki, 2021-ci ildə rok ifaçısı Bryus Sprinqstin mahnılarının hüquqlarını 550 milyon dollara satmışdı. Bu, hələlik rekord hesab edilir.