Türkiyənin istehsalı olan seriallar dünyanın 170 ölkəsində yayımlanır. "Reels.az" xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm nazirinin müavini Batuhan Mumcu Almaniyada keçirilən 74-cü Beynəlxalq Berlin Film festivalında (Berlinale) Türkiyə stendini ziyarət edənləri bu barədə məlumatlandırıb.
"Daha öncə Berlinaledə bir sıra mükafatlar qazanmışıq. Nazirliyin dəstəyilə çəkilən kinofilmlər Berlin, Kann, Venesiya, Toronto, Tokio kimi dünyanın önəmli festivallarında yer alaraq ölkəmizin tanıtımına qatqı verir.
Filmlərimiz bugün Amerikadan Rusiyaya, Uzaq Şərqdən Latın Amerikasına qədər ümumilikdə 170 ölkədə yayımlanır və 750 milyon insana çatır. Türkiyə kino və serial ixracına görə dünyada ilk 5likdə yer alır" - Mumcu qeyd edib.