"Neftflix"də yayımlanan Makedoniyalı İsgəndərə aid sənədli film Yunanıstanda birmənalı qarşılanmayıb. "Reels.az" xəbər verir ki, məşhur sərkərdənin general Hefestionla homoseksual münasibətinin və öpüşmə səhnəsinin yer aldığı səhnələrə kəskin etiraz olunur. "Alexander: The Making of A God" adlı filmə tərkibinə 3 sağçı partiya daxil olan Yunanıstan parlamentindən də reaksiya gəlib. Eyni zamanda milliyyətçi qruplar hökuməti sözügedən səhnələri yayımlayan "Netflix" platformasını boykot etməyə çağırıblar.
Yerli "In.gr" saytına açıqlama verən yunan tarixçi İrkos Apostolidis qədimdə cinsi orientasiyanın cəmiyyətdə rol oynamadığını bildirib.
"Antik dünya bu formada deyildi. Birinin homoseksual olub-olmaması bizi maraqlandırmırdı" - Apostolidis deyib.
Qeyd edək ki, sözügedən filmdə İsgəndər obrazını Bak Breytveyt, Hefestionu isə Dino Kelli canlandırıb.